12px13px15px17px
Tarix:08/01/15

Bakının enerji operatoru bir sıra xidmətlərini elektronlaşdırıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar olaraq  “Bakıelektrikşəbəkə” ASC tərəfindən neft-qaz, maşınqayırma, metallurgiya və digər sənaye sahələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə təmin olunması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilib.

Elektrik təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azadılmasına dair Fərmanın göstərişlərinin icrası məqsədi ilə  “Bakıelektrikşəbəkə” ASC tərəfindən təxirəsalınmaz təşkilati-texniki tədbirlər görülüb və göstərilən xidmətlərin proseduru xeyli dərəcədə sadələşdirilərək onların icra müddətləri əhəmiyyətli dərəcədə azaldılıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair “Bakıelektrikşəbəkə” ASC-də keçirilən tədbirdə İdarə Heyətinin sədri  Baba Rzayev səsləndirib.

Onun sözlərinə görə, bundan əlavə, elektrik enerjisinə görə yaranmış borcun araşdırılması, istehlakçılara məxsus elektrik avadanlıqlarının elektrik şəbəkəsinə qoşulmasına dair  texniki şərtin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu, elektrik enerjisi haqqının internet vasitəsi ilə ödənilməsi, aşkar edilmiş qüsurla əlaqədar olaraq sayğacın dəyişdirilməsi üçün müraciətin qəbulu, borcun olmamasına dair arayışın verilməsi və  elektrik enerjisi istehlakçısının dəyişdirilməsi onlayn qaydada, habelə “ASAN xidmət” vasitəsi ilə  həyata keçirilir.


CAHANGİR



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024