12px13px15px17px
Tarix:08/01/15

“Apple” qurğularının sahiblərinin 68 faizi “iOS 8”dən istifadə edir

"Apple"ın statistikasına əsasən, yanvarın 7-nə "iOS 8" mobil əməliyyat sistemi "iPhone", "iPod" və "iPad" qurğularının 68 faizinə quraşdırılıb.

Şirkət sonuncu dəfə iki həftə bundan əvvəl "iOS" müxtəlif versiyalarının statistikasını dərc edib. O vaxtdan mobil platformanın son versiyasının bazar payı 4 faiz artıb.

"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "iOS 8" mobil əməliyyat sisteminin yayılma səviyyəsi artaraq 70 faizə yaxınlaşır. 29 faiz göstəriciyə malik "iOS 7" platforması ikinci pillədədir. Sistemin köhnə versiyalarının birgə bazar payı 4 faiz təşkil edir.

 
Emil Hüseynov



Baxış sayı: 821

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024