12px13px15px17px
Tarix:09/01/15

“iOS” əlavə tərtibatçıları il ərzində 10 milyard dollar qazanıb

“Apple” şirkətinin “App Store” əlavələr mağazası tərtibatçılarının əlavələrin satışından mədaxili 2014-cü ilin yekunları üzrə 10 milyard dolları ötüb. Bu barədə “Apple” şirkətinin məlumatında deyilir.
 
ABŞ istehsalçısının məlumatına görə, ötən ilin yekunları üzrə mağazanın dövriyyəsi 50 faiz artıb. Qeyd edək ki, şirkət onlayn əlavələr mağazasında 30 faizlik komissiya tutur. “App Store”da tərtibatçıların əlavə və oyunların satışından ümumi gəlirləri mağazanın istifadəyə verildiyi 2008-ci ildən 25 milyard dolları üstələyib.
 
2015-ci ilin ilk həftəsində "iOS” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçiləri mobil əlavələrə və quraşdırılmış alışlara 500 milyon dollar xərcləyib, yanvarın 1-də “App Store” tarixində gündüz satış həcminin rekordu müəyyənləşib.  
 
“Apple” tərəfindən xeyriyyə fonduna (RED) köçürülən vəsaitlərin həcmi ötən rübün yekunları üzrə 20 milyon dollar təşkil edib. Dekabrda şirkət kampaniya keçirərək əlavələrin və quraşdırılmış alışların satışından əldə olunan vəsaitlərin bir qismini QİÇS ilə mübarizə üçün fonda köçürüb.  
 
Məlumat üçün bildirək ki, “App Store” mağazasında “iPhone”, “iPad” və “iPod Touch” qurğuları üçün 1,4 milyondan çox mobil əlavədən istifadə mümkündür ki, bunun da 725 mini məxsusi olaraq "iPad” üçün hazırlanıb. Proqramları dünyanın 155 ölkəsinin istifadəçiləri yükləyə bilər, - "Lenta” yazır.



Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024