12px13px15px17px
Tarix:13/01/15

Xidmətdə yaradılan əlavə dəyərin 5,5 faizi informasiya və rabitə xidmətləri sahələri tərəfindən təmin edilib


2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 53,7 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. Onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,2 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Ümumiyyətlə isə, ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5710,7 manat (7281,3 ABŞ dolları) təşkil edib.
 
“Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyəri 6,5 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,9 faizdən 59,8 faizədək yüksəlib” – deyə DSK-dan bildirilib.
 
Komitədən o da əlavə edilib ki, ümumi daxili məhsulun 60,2 faizi istehsal sahələrində, o cümlədən 42,6 faizi sənayedə, 32,5 faizi isə xidmət sahələrinin payına düşüb.
 
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,8 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.
 
SEYMUR



Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024