12px13px15px17px
Tarix:14/01/15

Britaniyanın baş naziri messencerlərə qadağa qoyulacağını istisna etmir

Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib  ki, messencer yaradıcıları müştərilər haqda məlumat ötürməkdən və onların yazışmasını xüsusi xidmət orqanlarına verməkdən imtina etsələr, onda bu kimi tətbiqlərə qadağa qoyulacaq. Bu haqda “The Independent” qəzeti yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Nottinqemdə çıxış edən Kemeron bildirib ki, o, yenidən baş nazir seçildiyi halda messencer yaradıcıları müştərilərin yazışmasını Daxili İşlər Nazirliyi və başqa hüquq-mühafizə orqanlarına verməsə, o zaman bu kimi tətbiqlərin işinə qadağa qoyacaq.
 
Bu halda Kemeron deyib ki, yalnız zəruri halda və yalnız daxili işlər naziri tərəfindən imzalanmış müvafiq order olduğu halda informasiyanın ötürülməsi haqda sorğu hazırlanacaq.
 
Beləliklə, Devid Kemeron yenidən baş nazir seçilsə, Böyük Britaniya ərazisində “WhatsApp”, “iMessage”, “Snapchat” və başqa messencerlər qadağan oluna bilər.
 
Emil Hüseynov

 
 
 



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024