12px13px15px17px
Tarix:14/01/15

“Cisco”: “Zərərli mobil proqram təminatının 99 faizi “Android” sisteminə qarşı yönəlib”

“Networkworld” nəşri 2014-cü il üçün internet təhlükəsizliyi sahəsində aparıcı şirkətlərin hesabatlarının icmalını dərc edib. Mütəxəssislər kibercinayətkarların bu və ya digər dövlətlərin xeyrinə gələcək fəaliyyətin siyasiləşməsi və sənaye casusluğunun genişləndirilməsi ilə bağlı proqnozlarla yanaşı, kibertəhlükəsizlik sahəsində hazırkı vəziyyəti xarakterizə edirlər.

“Verizon” şirkətinin informasiya sızması ilə müşayiət olunan kiberinsidentlər haqqında hesabatında kiberhücumların doqquz əsas ssenarisi göstərilərək xarakterizə olunub. Şirkət ekspertləri xüsusilə qeyd edirlər ki, kiberhücum faktı və informasiya sızmasının aşkarlanması arasında bir neçə ayadək vaxt ötür ki, bu da yolverilməzdir. 

“Cisco” şirkətinin hesabatında qeyd olunur ki, cinayətkarlar getdikcə daha çox sənaye və kənd təsərrüfatı müəssisələrini hədəf seçirlər. Bununla yanaşı, pərakəndə satış şəbəkələrinin və ödəniş terminallarının kompüter infrastrukturuna hücumlar cinayətkarlar üçün gəlir mənbəyi olaraq qalır. Mobil qurğular üçün zərərli proqram təminatına gəlincə, şirkət ekspertlərinin qiymətləndirməsinə görə, bu proqramların 99 faizi “Android” əməliyyat sisteminə qarşı yönəlib.

“Microsoft” korporasiyasının "Security Intelligence Report” (SIR) hesabatına əsasən, kibertəhlükəsizlik baxımından daha çox boşluqlar əməliyyat sistemlərinin köhnə versiyalarının idarəetməsi ilə işləyən qurğularda rast gəlinir. Mühafizə tədbiri kimi ekspertlər yenilənən, real vaxt rejimində işləyən antivirus proqram təminatından istifadəni tövsiyə edirlər. İkifaktorlu autentifikasiya və kriptoqrafik mühafizəli parollar da müxtəlif hücumların qarşısını almağa kömək edir.

“Akamai” şirkətinin mütəxəssisləri hesab edirlər ki, “DDoS” hücumlardan getdikcə daha çox istifadə olunur. Bu, internet bağlantılarının sürətinin artırılması, eləcə də fərdi kompüterlərdən trafikin təşkilli üçün bot qismində istifadəsi ilə izah olunur. Həmçinin dəfetmə texnikasının tətbiqi və “SSDP” və “UPnP” kimi protokollardan istifadə etməklə yeni növ hücumlar yaranıb. Hesabata görə, “DDoS” hücumlar əsasən ABŞ ərazisindən həyata keçirilir.

Mütəxəssislərin fikrincə, anonimayzerlər, fayl mübadiləsi servisləri, fayl saxlancı, sosial şəbəkə, “Əşyaların interneti” xidmətləri və məsafəli inzibatçılıq sistemləri təhlükə mənbəyidir, - "SecurityLab” yazır.




Baxış sayı: 505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.