12px13px15px17px
Tarix:05/09/11

“Baidu” axtarış sistemi “bulud” mobil əməliyyat sistemi hazırlayır

Çinin axtarış nəhəngi “Baidu” smartfonlar üçün “bulud” əməliyyat sistemi hazırlayır. Bu, şirkətə ölkənin daxili mobil bazarına zorla girməyə imkan yaradacaq.

2010-cu ildə Çində mobil internet istifadəçilərinin ümumi sayı 233 milyon insan olub, lakin proqnoza əsasən, 2014-cü ilədək bu say 957 milyona qədər artacaq.

Müqayisə üçün Avropa Birliyi və ABŞ-ın əhalisinin sayı 800 milyon təşkil edir.Şirkət öz əməliyyat sistemini “Baidu Yi” adlandırıb, “sadə” mənasını verir. Platformanın əsas aləti axtarışdır.

Axtarış sorğusu üçün sahə telefonun qoşulmasından bir neçə saniyə sonra ekranda görsənir, digər vasitələr isə fon rejimində yüklənir.

Sistemin hər bir istifadəçisinə “bulud” anbarında 180 Qb sahə təklif edilir.



Baxış sayı: 2445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024