12px13px15px17px
Tarix:14/01/15

İnternet şirkəti ABŞ-da domenlərin qeydiyyatı üçün xidmət işə salıb

“Google” internet şirkəti ABŞ-da bütün arzu edənlər üçün domen adlarının qeydiyyatı üzrə “Google Domains” servisini istifadəyə verib.

“Google”un ilk dəfə ötən ilin iyununda təqdim etdiyi “Google Domains” əvvəlcə sınaq rejimində işə salınıb. O zaman xidmətdən istifadə yalnız dəvət ilə həyata keçirilib. Hazırda isə ondan ABŞ-ın bütün sakinləri yararlana bilər.

Şirkət nümayəndələrinin sözlərinə görə, yeni xidmət biznes təşkilatlarına saytın yaradılması üçün orijinal domen adı tapmaq və almağa kömək edəcək. “Google Domains” istifadəçilərə saytların yaradılması üçün nümunələr, məhsul qiymətlərinin müqayisəsi üçün alətlər, saytın idarə olunması üçün “şəxsi kabinet”, “Blogger” servisi ilə korporativ bloqların sinxronlaşdırılması üçün inteqrasiya təqdim edir.
“Google Domains” vasitəsilə domenləri satmaq və almaq, eləcə də domendə 100-dək elektron poçt ünvanı yaratmaq mümkündür. İstifadəsi mümkün olan domen zonaları arasında “.coffee”, “.us”, “.company”, “.academy” və s. var. Yeni servisdə “Google”un tərəfdaşları qismində “Squarespace”, “Wix”, “Weebly” və “Shopify” hostinq provayderləri çıxış edir.
 
Xidmətdən digər ölkələrdə nə vaxt istifadənin mümkün olacağı barədə hələ ki məlumat yoxdur. Lakin istifadəçilər şirkətin “Google Domains” beynəlxalq miqyasda istifadəyə verilməzdən əvvəl göndərəcəyi bildirişlərə abunə ola bilərlər, - "Lenta” yazır. 



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024