12px13px15px17px
Tarix:15/01/15

Yaponiya şirkəti səhiyyə texnologiyaları mərkəzi açıb

Yaponiyanın “Toshiba” şirkəti Kavasaki şəhərində səhiyyə texnologiyaları mərkəzi (Healthcare Technology Center) istifadəyə verib.

Ortamüddətli strategiya çərçivəsində tibb biznesinin genişləndirilməsi məqsədilə yaradılan mərkəz ortamüddətli və uzunmüddətli perspektivdə yeni nəsil məhsulların hazırlanması üçün baza rolunu oynayacaq.  
 
Şirkət nümayəndələrinin sözlərinə görə, tibb “Toshiba” biznesinin energetika və məlumat saxlancı ilə yanaşı, üç əsas istiqamətindən biridir. İstehsalçının səhiyyə layihələri çərçivəsində fəaliyyətinin əsasını diaqnostika və müalicə, xəstəliklərin qarşısının alınması, xəstəliklərin gələcəkdə yayılmasının proqnozlaşdırılması və xəstələrə qulluq, eləcə də sağlam həyat tərzinin ön plana çəkilməsi və fiziki və mənəvi sağlamlığın qorunması üçün əlverişli mühitin yaradılması təşkil edir.
 
2016-cı maliyyə ilində şirkət tədqiqat və işləmələrə 50 milyard yen (400 milyon dollar) sərf etmək niyyətindədir ki, bu da cari ildən 30 faiz çoxdur. Bundan başqa, “Toshiba” 2016-cı maliyyə ilində bu sahədə çalışan əməkdaşların ştatını 20 faiz - hazırkı 3 mindən 3800-dək artırmağı planlaşdırır. Yeni mərkəzin əməkdaşlarının sayının da artırılması nəzərdə tutulur.

Səhiyyə texnologiyaları mərkəzinin əməkdaşları diqqəti genom analizinə və şirkətin tibb biznesinin yeni istiqaməti olacaq bioloji sensorların ərsəyə gətirilməsinə yönəldəcək. Buna əlavə olaraq “Big Data” analiz üsullarından istifadə etməklə sensor və diaqnostik texnologiyalar sahəsində tədqiqatlar aparılacaq. Bu əməyin nəticələrinin yeni nəsil tibb texnikasının əsasını təşkil edəcəyi gözlənilir.

Diaqnostik avadanlıqların işlənməsi ilə paralel şirkət Tokioda universitet və tədqiqat institutları ilə birgə layihələr həyata keçirəcək, - "CNews” yazır.
 
 



Baxış sayı: 856

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024