12px13px15px17px
Tarix:15/01/15

14 il əvvəl “Vikipediya” ensiklopediyası istifadəyə verilib

14 il bundan əvvəl, 15 yanvar 2001-ci il  tarixində "Vikipediya" internet layihəsi yaradılıb. Bu resurs indi dünyada ən çox izlənən informasiya resurslarından biridir.
 
Açıq lisenziya əsasında yayımlanan veb ensiklopediyanın yaradılması ideyası 1999-cü ildə açıq proqram təminatının (OpenSource) banisi Riçard Mettyu Stollman tərəfindən təklif edilib.
 
15 yanvar 2001-ci ildə Cimmi Ueyls və Larri Senqer ayrıca layihə ("Vikipediya") yaradıblar. Bundan ötrü saytın tərkibini kollektiv şəkildə yaratmağa və redaktəyə imkan verən "viki" texnologiyasından istifadə edilib. Yeni layihənin adı "viki" (sürətli, tez) və ensiklopediya sözlərindən yaranıb. Əvvəlcədən “Vikipediya”nın məzmunu açıq lisenziya əsasında yayımlanıb, onun yaradıcıları isə bu internet layihəsinin səhifələrində reklam yerləşdirilməsindən imtina ediblər.
 
“Vikipediya”nın istifadəsindən bir ay sonra artıq mininci məqalə hazırlanıb, 2001-ci ilin sonunadək isə ensiklopediyada təxminən 20 min məqalə var idi. “Alexa” reytinqinə əsasən “Vikipediya” indi populyarlığına görə dünyanın yeddinci saytıdır və onun səhifələrinə aylıq 19 milyard dəfədən çox baxılır. “Vikipediya” 288 dil bölməsinə malikdir, məqalələrin ümumi sayı 34 milyondan çoxdur.
 
Emil Hüseynov



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024