12px13px15px17px
Tarix:15/01/15

ABŞ Administrasiyası kompüter şəbəkələrinin mühafizəsinə dair qanun layihəsini Konqresə təqdim edib

ABŞ Administrasiyası kompüter şəbəkələrinin, o cümlədən milli infrastrukturun mühüm strateji obyektlərində istifadə olunan kompüterlərin mühafizəsinin gücləndirilməsinə yönələn kibertəhlükəsizlik haqqında qanun layihəsini Konqresə təqdim edib.
 
Prezident Barak Obama çərşənbə axşamı bildirib ki, sənəd dövlət idarələri və özəl şirkətlər arasında fiziki şəxslərin fərdi məlumatlarından istifadəyə ciddi məhdudiyyətlərə riayət etməklə kibertəhlükəsizlik üzrə informasiya mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.
 
“Xarici hökumətlər, cinayətkarlar və hakerlər hər gün ABŞ-ın kompüter şəbəkələrinə müdaxilələr etməyə çalışırlar. Biz bir daha bunun “Sony Pictures” kino şirkətinə edilən hücumda şahidi olduq”, - Prezident ABŞ Milli Təhlükəsizlik Nazirliyində çıxışında deyib.   
Dövlət başçısı qeyd edib ki, administrasiya kibertəhdidi Birləşmiş Ştatların maraqları üçün böyük təhlükə hesab edir və bu problemə böyük diqqət yetirmək niyyətindədir.
 
Sənəd kiberhücumlar haqqında informasiya mübadiləsi ilə yanaşı, hüquq-mühafizə orqanlarının oxşar cinayətləri araşdıran zaman səlahiyyətlərinin artırılmasını nəzərdə tutur və kommersiya şirkətləri qarşısında istehlakçıların fərdi məlumatlarının mühafizəsi ilə bağlı böyük öhdəliklər qoyur, - “TASS” yazır.



Baxış sayı: 787

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024