12px13px15px17px
Tarix:16/01/15

Hindistan laboratoriyasında dünyanın nəhəng maqniti quraşdırılacaq

Hindistanda neytrinonun (yalnız zəif və qravitasiyalı əlaqədə iştirak edən neytral hissəciklər) tədqiq üzrə yeraltı laboratoriyanın inşasına başlanıb.

Əsas sınaqlar çəkisi 50 min ton təşkil edən maqnit detektorunda - dünyanın nəhəng maqnitində aparılacaq. Maqnitin çəkisi Böyük Adron Kollayderinin ən böyük maqnitinin çəkisindən təxminən dörd dəfə ağırdır.
 
Hindistan neytrinon rəsədxanasının əvvəlcədən Sinqara əyalətində yaradılması planlaşdırılsa da, sonradan ekoloqlar tərəfindən layihənin pələng və fillərin yaşadığı mühafizə olunan yerə yaxın olmasına görə onun həyata keçirilməsi məqsədəuyğun hesab edilməyib. Nəticədə rəsədxananın Hindistanın qədim Maduray şəhərinin 100 kilometrliyində Pottipuram kəndinin yaxınlığında İno dağının altında yerləşdirilməsi qərara alınıb.
 
Yerin 1,3 km dərinliyində yerləşəcək laboratoriya üç bölmədən ibarət olacaq. Ən böyük bölmədə (132 x 25 x 30 metr) neytrinon detektoru quraşdırılacaq.
 
Layihənin vəzifəsi kosmik şüalandırma və Yer atmosferinin qarşılıqlı əlaqəsi zamanı yaranan neytrinonun izlənməsidir. Mağarada yerləşmə detektoru digər hissəciklər tərəfindən yaradılan səs-küydən qoruyacaq. Belə ki, səs qalın divarlardan keçdikcə azalacaq. Bundan başqa, laboratoriyanın ekvatorial mövqeyi alimlərə Günəşdən çıxan və Yer nüvəsinin içindən keçən neytrinonu izləməyə imkan verəcək.
 
Neytrinonun öyrənilməsində çətinlik onun elektromaqnit və güclü təsirlərdə iştirak etməməsindədir. Bu səbəbdən materiyaya reaksiya vermək üçün neytrinon molekul ilə toqquşmalıdır. Bu hadisənin baş vermə ehtimalı hətta sıx neytrinon axınında belə, çox azdır. Məhz buna görə neytrinon ilə əlaqədar sınaqlara çox vaxt sərf olunur, - "Lenta” yazır.



Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.