12px13px15px17px
Tarix:16/01/15

Neft Daşlarında poçt xidmətləri hansı formada həyata keçirilir?

Neft Daşlarında 68 və Cilov adasında 64 saylı poçt şöbələri kompüterləşdirilsə də, mərkəzlə əlaqələrin yaradılmasında bəzi çətinliklər müşahidə olunsa da, vəziyyətdən çıxmağa çalışırıq. Bu barədə 4 saylı poçt filialının rəisi  Qurban Hacıyev məlumat verib.

Onun sözlərinə görə, poçt şöbələri “Azercell” mobil operatorunun  və "3G" simsiz texnologiyanın dəstəyi ilə mərkəzi serverə bağlanıb. ”Bu bağlantıda bəzi hallarda qırılmalar müşahidə olunur. Ancaq buna baxmayaraq poçt şöbəsində müştərilərə bütün xidmətlərin göstərilməsində heç bir problem yoxdur”.
 
 Hər iki məntəqəyə poçtun çatdırılması Dövlət Neft Şirkətinin vertolyotları vasitəsilə həyata keçirilir. Poçt göndərişləri mübadilə avtomobilləri ilə Pirallahı qəsəbəsinə yola salınır. Oradan da vertolyotlarla məntəqələrə çatdırılır. Ümumiyyətlə, Neft Daşlarında poçtla əlaqə kommutator vasitəsilə həyata keçirilir. Əvvəllər poçt şöbələrində kompüter yerləşdirmək mümkün olmadığından teleqramların göndərilməsi telefon vasitəsilə həyata keçirilir. Xatırladaq ki, hər iki məntəqə Xəzər dənizində yerləşir və poçt şöbələri müvafiq binalarda olmaqla müasir tələblərə cavab verir.
 
RƏVAN



Baxış sayı: 902

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024