12px13px15px17px
Tarix:16/01/15

İki ekranlı planşet istehsal ediləcək

“Yota Devices” şirkəti iki ekranlı planşet buraxılışı layihəsinin biznes effektivliyini qiymətləndirir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni qurğunun buraxılması haqda son qərar hələ qəbul edilməyib. Çünki şirkət hazırda “YotaPhone 2” smartfonunun istehsalı ilə məşğuldur.
 
“YotaPhone” smartfonunda olduğu kimi, yeni qurğuda da bir ekran adi, digəri isə elektron mürəkkəbli, yəni bu planşetlə elektron kitabın hibridi olacaq. Planşetin maya dəyərinin 450–600 dollar təşkil edəcəyi ehtimal edilir.

Dekabrda “Yota Devices” Rusiyada “YotaPhone 2” satışlarına başlayıb. İlkin mərhələdə smartfonun qiyməti təxminən 500 dollar olub. Lakin dekabrın sonunda şirkət qiyməti valyuta məzənnəsinin artımı ilə bağlı qaldırıb.
 
Aynur Vəliyeva



Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024