12px13px15px17px
Tarix:16/01/15

“BlaBlaCar” yol yoldaşı axtarışı servisi Hindistanda istifadəyə verilib

“BlaBlaCar” avtomobil yol yoldaşı axtarışı servisi Hindistanda istifadəyə verilib və artıq 14 ölkədə işləyir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, servisin istifadə edildiyi ölkələr arasında Avropa İttifaqı, Türkiyə və Rusiya da var.

Şirkətin nümayəndələri ötən ilin noyabr ayında Hindistan bazarına, sonra isə Cənub-Şərq Asiya və Latın Amerikası ölkələrinə çıxmaq planları haqda məlumat vermişdilər.

“BlaBlaCar” — sürücülər və səyahətçilər üçün sosial servisdir. Sürücülər saytda nə vaxt və hansı şəhərdən çıxdıqlarını və hansı şəhərə getdiklərini qeyd edirlər. Adətən yol yoldaşları sürücü ilə benzinə xərclənən pulu bölüşərək bir yerdə ödəyirlər.
 
“BlaBlaCar” ilkin mərhələdə fransız servisi olub, lakin sonra o, digər ölkələrdə də inkişaf etməyə başlayıb.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 984

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024