12px13px15px17px
Tarix:17/01/15

Nazir: “Azərbaycanda internet tariflərinin ucuzlaşması hər zaman diqqət mərkəzimizdədir”

İnternet tariflərinin ucuzlaşması hər zaman bizim diqqət mərkəzimizdədir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

 

"Biz dünyada gedən prosesləri izləyirik. Bu gün Azərbaycanda internetin qiymətləri Avrasiya məkanındakı orta qiymətlərdən aşağıdır. Məsələn, qiymət səbətinə görə, Azərbaycan 56-cı yeri tutur. Həcmə görə internetin istifadəsinə, yəni 500 meqabayt internetin istifadəsinin reytinqinə baxsaq, Beynəlxalq Telekommunikasiya İttifaqının cədvəlində Azərbaycan 38-ci yeri tutub. Bu da olduqca yaxşı göstəricidir".

 

Ə. Abbasov əlavə edib ki, bütün ölkələrin orta danışıq həcminin reytinqi dərc olunub: "Azərbaycanda mobil və stasionar telefonlardan olduqca çox istifadə edilir. Belə ki, mobil telefondan istifadəyə görə azərbaycanlılar Avropada türklərdən sonra 2-ci yeri tuturlar. Bu bir tərəfdən yaxışdır. Bu, həm də internetin nə qədər əlçatan olduğunu göstərir. Digər tərəfdən isə şəbəkənin yüklənməsinə səbəb olur. Amma bu insanların öz seçimidir. Biz Avropada həcmə görə ən çox danışan 2-ci abunəçilər sayılırıqsa, bu yaxşı göstəricidir".

 

Nazir qeyd edib ki, internet və mobil danışıq tariflərinin ucuzlaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər görülür.





Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024