12px13px15px17px
Tarix:21/01/15

2014-cü ilin ən etibarsız parolları bəlli olub

Hər il ən etibarsız parolların reytinqini dərc edən “SplashData” şirkətinin məlumatına əsasən, 2014-cü ilin nəticəsinə görə hesablar üçün ən etibarsız parol yenə 123456 rəqəmlər kombinasiyası olub.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ikinci pilləni yenidən “password” (ingiliscədən tərcümədə "parol" deməkdir) sözü tutub. 1-dən 5-dək rəqəmlər kombinasiyası ardıcıllığı üçüncü pilləni tutub, dördüncü pillədə isə “12345678” qərarlaşıb. Beşinci pillənin “sahibi” isə “Qwerty” sözüdür.
 
Analitiklər bildiriblər ki, ardıcıl rəqəmli kombinasiyalara müdaxilə çox asandır. 25 etibarsız parol arasında belə parolların sayı 10-dur. Buna görə vacib məlumatların olduğu hesablara (məsələn, elektron poçt və ya onlayn bankçılıq xidməti) belə parolları təyin etmək lazım deyil.
 
Çox vaxt etibarsız parollar arasında idman terminlərinə rast gəlinir. Belə ki, ilk onluqda “baseball” (8-ci yer) və ya “football” (10-cu yer) sözləri, ilk yüzlükdə isə məşhur idman komandalarının adları (“yankees”, “eagles”, “steelers”, “rangers” və “lakers”) qərarlaşıb.
 
Çox vaxt istifadəçilər parol qismində adlardan istifadə edir. Belə ki, “Michael” adı 20-ci yerdə yerləşib.
 
Nəhayət, sevimli qəhrəmanın da parol kimi təyin edilməsi yaxşı qərar deyil. Belə ki, etibarsız parollar siyahısı üzrə reytinqin 21-ci pilləsində “superman”, 24-də isə “batman” parolları qərarlaşıb.
 
Emil Hüseynov



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024