12px13px15px17px
Tarix:21/01/15

Çində iqtisadi islahatlar genişləndirilib

Çinin Şanxay azad iqtisadi zonasında yeni iqtisadi islahatlar tətbiq olunub. Yanvarın 14-dən etibarən xarici investorlara elektron kommersiya şirkətlərinə sahib olmağa icazə verilib. Bu barədə Çinin “Xinhua” Dövlət İnformasiya Agentliyi məlumat verib. Yeni siyasət Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elan edilib.

Bundan əvvəl xarici investorlara onlayn alış bazarına daxil olmazdan əvvəl Çində özünə yerli tərəfdaş tapmaqla səhmlərin maksimum 55 faizinə sahib olmağa icazə verilib.

2013-cü ilin sentyabrında istifadəyə verilən Şanxay azad iqtisadi zonası hazırda 12 mindən çox şirkəti, o cümlədən xarici maliyyələşmə ilə fəaliyyət göstərən 1677 müəssisəni birləşdirir.  

Çin, həmçinin gələcəkdə Quandun, Futszyan və Tyantszin şəhərlərində üç yeni ticarət zonasının yaradılmasını planlaşdırır, - "Telekomza yazır.
 
 



Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024