12px13px15px17px
Tarix:21/01/15

“Twitter” Hindistanın “ZipDial” marketinq platformasını satın alır

ABŞ-ın “Twitter” mikrobloqlar xidməti inkişaf etməkdə olan bazarlar üzrə ixtisaslaşmış Hindistanın “ZipDial” marketinq platformasını satın almaq haqda razılaşıb. Razılaşmanın dəyəri açıqlanmayıb, bəzi məlumatlara görə, sazişin dəyəri 30 milyon dollar təşkil edir.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, 2010-cu ildə təsis edilmiş “ZipDial” şirkətinin hazırladığı mobil platforma istifadəçilərə interfeysdən asılı olmayaraq məzmunla qarşılıqlı əlaqədə olmağa imkan verir. “ZipDial” müştəriləri buraxılmış çağırışlar vasitəsilə brendlərlə qarşılıqlı əlaqədə ola bilər: ödənişsiz telefon nömrəsi üzrə zəngdən sonra mobil platforma avtomatik cavab çağırışları generasiya edəcək, müştərinin qurğusuna şirkətin xəbərlərindən ibarət mesaj və ya bildirişlər göndərəcək.

Bu halda “ZipDial” xidmətlərindən istifadəyə görə ödəniş etmək lazım deyil. Məlumatların ötürülməsi texnologiyasının nüfuzetmə səviyyəsinin nisbətən zəif inkişaf etdiyi inkişaf etməkdə olan ölkələrdə belə növ funksional xüsusilə vacibdir.

"Bu saziş bizim Hindistana investisiyalarımızı xeyli artırır, həmçinin Banqalorda yeni ofisə sahiblənirik" – “Twitter”in rəsmi məlumatında deyilir. Şirkətdən hesab edilir ki, yaxın bir neçə ildə Braziliya, Hindistan və İndoneziya kimi ölkələrdə milyard istifadəçi ilk dəfə internetə çıxacaq.

"Onların çoxu mobil qurğuların köməyi ilə internetə daxil olacaq, ancaq məlumatların ötürülməsi üzrə xidmətin dəyərinə görə onlar “internetin bütün gücünü” hiss etməyə bilər. “Twitter” “ZipDial”la əməkdaşlıq çərçivəsində məzmunu hamı üçün daha əlçatan edəcək" – şirkətdən ümid edirlər.

Emil Hüseynov
 

 



Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024