12px13px15px17px
Tarix:21/01/15

“Nar Mobile”dan daha bir kampaniya

 
“Nar Mobile” öz tərəfdaşı olan “Irshad Electronics” ilə birlikdə daha bir kampaniyaya start verdi.
 
15 yanvar 2015-ci ildən etibarən, “Irshad Electronics” mağazalarından “Nar” Sim-kartı ilə təmin edilmiş “FLY Tornado Slim” smartfonu alan hər bir kəs xüsusi güzəştlərdən yararlanır.
 
Belə ki, istifadəçilər “Nar” nömrəsi ilə bərabər aldıqları smartfonun qiymətinin yarıdan çoxunu bonus şəklində geri qazanırlar. Bu məbləğ altı ay boyunca hissə-hissə abunəçinin balansına yüklənir (200 AZN dəyərindəki bonus hər ay 33,33 AZN olmaqla 6 ay ərzində abunəçiyə təqdim edilir).
 
Bundan başqa, abunəçilər aylıq 250 Mb həcmində İnternet-bonus da əldə edirlər. Bütün bonusları aktivləşdirmək üçün hər ay balansı ən az 5 AZN dəyərində artırmaq kifayət edir.
 
RƏVAN   
 



Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024