12px13px15px17px
Tarix:21/01/15

Çin şirkəti 3D printerlə beşmərtəbəli bina inşa edib

 “CNet” resursu yazır ki, Çinin “Winsun” şirkəti “3D” printerin köməyi ilə 1100 kvadrat metrlik ərazidə beşmərtəbəli ev inşa edən texnologiyasını nümayiş etdirib.

"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, tikinti üçün hündürlüyü 6,6 metr, eni 10 metr və uzunluğu 40 metr olan xüsusi printer yaradılıb. Bu halda sözügedən printer yalnız gələcək binanın komponentlərini hazırlayır. Bundan sonra bütün struktur tikinti yerinə yığılır, bu halda bütün kommunikasiya standartları nəzərə alınır.

Bildirək ki, evlərin çapı  inşaat tullantılarının miqdarını 30-60 faiz azalda, həmçinin tikintinin öz vaxtını 50-70 faiz sürətləndirə bilər. Bu halda bir belə beşmərtəbəli binanın dəyəri 161 min dollar təşkil edir.
Bundan başqa, binanın tikintisi zamanı yenidən emal edilən materiallardan istifadə olunur ki, bu da ekologiyaya yaxşı təsir göstərəcək.

Emil Hüseynov
 



Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024