12px13px15px17px
Tarix:22/01/15

Həm maus, həm kompüter…(VIDEO)

Polşadan istehsalçılar komandası “Mouse-Box” adlı qeyri-adi qurğu təqdim ediblər. Britaniyanın “The Daily Mail” qəzeti yazır ki, “Mouse-Box” qurğusu görünüşcə adi kompüter mausundan fərqlənmir, ancaq cihazın daxilində kompüterin elektron içliyi mövcuddur.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, sistem blokunu tamamilə əvəz edə bilən qurğu 1,4 QHs takt tezlikli dördnüvəli “Cortex” prosessoru, 128 QB tutumunda daxili yaddaş, “Wi-Fi”, akselerometr, jiroskop və 2 ədəd “USB 3.0” konnektoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu açıqlanmayıb. “Bulud” saxlancına qoşulmaqla daxili yaddaşın tutumunu artırmaq olar.
“Mouse-Box” qurğusunu işlətmək üçün onu “HDMI” kabelin köməyi ilə monitora qoşmaq lazımdır.
Qurğunun yaradıcıları əmindirlər ki, qeyri-adi maus evdə yerə qənaət edənlər üçün gərəkli olacaq, həmçinin bu qurğunun köməyi ilə təqdimat keçirmək mümkündür. Hazırda istehsalçılar komandası öz qurğusunu bazara çıxarmaq üçün investor axtarır.




Emil Hüseynov
 



Baxış sayı: 885

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024