12px13px15px17px
Tarix:22/01/15

Smartfonların nüfuzetmə səviyyəsi fərdi kompüterləri ötüb

"KT Economic Management Research Institute" elmi tədqiqat institutu tərəfindən dərc edilmiş "2015 Mobile Trend Outlook" hesabatına əsasən, smartfonlar ilk dəfə dünyada nüfuzetmə səviyyəsinə görə fərdi kompüterləri ötüb.
 
Mütəxəssislər aydınlaşdırıblar ki, 2014-cü ildə smartfona malik olan insanların sayı dünyada 24,5 faiz təşkil edib, halbuki kompüterə malik insanların sayı 20 faiz olub. Beləliklə, smartfonlar artıq 40 ildən çox bazarda mövcud olan fərdi kompüterləri ötməyə nail olub.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə smartfonların nüfuzetmə səviyyəsi yalnız 5,2 faiz olub, bir il sonra bu göstərici 19,8 faizədək yüksəlib. Bu halda 2004-2011-ci illərdə FK-nın nüfuzetmə səviyyəsi 7-dən 20 faizədək artsa da, indi artım dayanıb.
 
Ekspertlər hesab edirlər ki, smartfonların çox sürətli yayılması davam edəcək və 2018-ci ildə "ağıllı" telefonların nüfuzetmə səviyyəsi 36,5 faizə çatacaq. FK-ya gəlincə, yaxın illərdə bu tip qurğuların nüfuzetmə səviyyəsi təxminən 20 faiz təşkil edəcək.
 
Tədqiqatda, həmçinin qeyd edilib ki, "ağıllı" telefonlar tədarük həcminə görə hələ 2010-cu ilin dördüncü rübündə FK-nı ötüb: o zaman smartfonların tədarükü 120 milyon, FK-da isə 93 milyon olub. 2014-cü ilin üçüncü rübündə bu fərq 4 dəfə artıb.
 
Hesabatda təqdim edilmiş rəqəmlər Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union; ITU), "eMarketer" və "TrendSpectrum" tədqiqat şirkətlərinin statistik məlumatlarına uyğundur.
 
Qeyd edək ki, bir sıra ekspertlər artıq 2014-cü il üzrə FK və smartfon tədarükünə yekun vurub. "Gartner"in ilkin məlumatlarına əsasən, ötən il istehsalçılar 315,86 milyon FK tədarük ediblər ki, bu da 2013-cü illə müqayisədə 1 milyon azdır. Beləliklə, ekspertlər 0,2 faiz səviyyəsində azalma qeydə alıblar. "IDC" tədqiqat şirkəti FK bazarının illik həcmini 308,62 milyon qiymətləndirib ki, bu da 2013-cü illə müqayisədə 2,1 faiz azdır.
 
"Gartner" və "IDC" tədqiqat şirkətləri hələ ki smartfon üzrə məlumatlarını dərc etməyiblər. Analitiklərin qiymətləndirməsinə əsasən, 2014-cü ildə ümumilikdə təxminən 1,17 milyard aparat tədarük edilib ki, bu da 2013-cü illə 26 faiz yüksəkdir.
 
Emil Hüseynov
 



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024