12px13px15px17px
Tarix:24/01/15

Bill Qeyts mobil ödənişlərlə bağlı proqnoz verib

"Microsoft" korporasiyasının yaradıcılarından və keçmiş səhmdarlarından biri Bill Qeytsin proqnozlarına görə, 2030-cu ilədək hazırda bank xidmətləri ilə əhatə olunmayan 2 milyard insan mobil telefonlardan ödənişlər edəcək.
 
B.Qeyts və onun həyat yoldaşı Melinda Qeyts illik müraciətdə mobil bankçılığı 2030-cu ilədək yoxsul insanların həyatını dəyişməyə kömək edəcək beş böyük transformasiyadan biri adlandırıb.
 
Ənənəvi olaraq əhalinin aztəminatlı təbəqəsi daima dəyərini itirən nağd ödənişlər kimi qeyri-effektiv maliyyə xidmətlərindən istifadə edir. "Microsoft" təsisçisinin sözlərinə görə, mobil inqilab sayəsində yoxsul təbəqə pul vəsaitlərinə daha yaxşı nəzarət edə biləcək.  
 
Qeyd olunur ki, əvvəllər banklara aztəminatlı vətəndaşlar arasında maliyyə xidmətlərini yaymaq sərf etmirdi. Lakin mobil telefonların hər yerdə yayılması və tranzaksiya emalı üçün tutulan komissiyanın minimuma endirilməsi vəziyyəti dəyişəcək.
 
Milyonlarla insan üçün mobil ödənişlərin edilməsinə görə kiçik məbləğdə haqqın qoyulması mobil operatorlara ənənəvi bankların orta sinif nümayəndələrinə göstərdikləri xidmətdən qazandıqları kimi, böyük gəlir əldə etməyə kömək edəcək.  
 
Baza xidmətləri ilə yanaşı, mobil ödənişlər yoxsul təbəqə üçün depozitlərin yerləşdirilməsi və kreditləşmə üçün imkanlar açacaq, - "Payspacemagazine" yazır.



Baxış sayı: 1302

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024