12px13px15px17px
Tarix:24/01/15

İntellektual analiz texnologiyalarının tətbiqi ilə bibliometrik xəritələr araşdırılacaq

Bu il ərzində bibliometriyanın müasir vəziyyəti, problemləri və perspektivləri, neyro-fazi şəbəkələrin tətbiqi ilə bibliometrik sənədlərin elmi istiqamətlər üzrə təsnifatı məsələləri və intellektual analiz texnologiyalarının tətbiqi ilə bibliometrik xəritələr araşdırılacaq.
 
 Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) məlumat verilib.
 
Qeyd edilib ki, İTİ-nin 12 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub. Cari ildə görüləcək işlər haqqında məlumat verən şöbə müdiri Mədinə Səidova bildirib ki, e-elmin formalaşması istiqamətində bibliometrik üsulların e-kitabxana mühitində tətbiqi imkanlarının araşdırılması və elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi nəzərdə tutulur. Müzakirə zamanı elektron dövlətin formalaşması istiqaməti üzrə müasir elektron kitabxana şəbəkəsinin yaradılması metodları və e-kitabxanaların intellektual menecmentinin səmərəliyinin artırılması üçün konseptual modellərin işlənilməsi tövsiyə olunub.
 
Şöbə müdirinin sözlərinə görə, elmi-innovasiya istiqaməti üzrə Azərbaycanda elmin cari vəziyyəti haqqında hesabatların hazırlanması, elmi-texniki informasiyanın komplektləşdirilməsi və sistemləşdirilməsi, İT üzrə elmi-praktiki tədbirlər haqqında informasiya axtarışı və yayılması, institut əməkdaşlarının elmi əsərlərinin “Vikipediya”da yerləşdirilməsi ilə əlaqədar işlərin həyata keçirilməsi nəzərdə tutulur. Elektron Kitabxana Mərkəzində “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi məsələlərinin vacibliyi də vurğulanıb.
 
Eyni zamanda İTİ-nin əməkdaşları üçün ACM, IEEE kimi rəqəmsal kitabxanalar, EBSCO, EİFL və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradılması məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələri də inkişaf etdiriləcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024