12px13px15px17px
Tarix:26/01/15

“SİNAM” Dünya Bankının Qırğızıstanda növbəti layihəsini uğurla başa çatdırdı

Azərbaycanın elektron hökumət texnologiyaları istiqamətində ixtisaslaşan "SİNAM" şirkəti Qırğızıstanda Dünya Bankı tərəfindən maliyyələşdirilən və Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən həyata keçirilən "QırğızHidroMet"-in arxivinin uzunmüddətli saxlanması üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar fondunun yaradılması" üzrə layihəni başa vurub.
 
Görülən işlər Dünya Bankının "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" regional layihəsi çərçivəsində həyata keçirilib.
 
2014-cü ilin mart ayında başlayan layihə çərçivəsində sənədlərin saxlanması üçün zəruri infrastruktur yaradılmış, arxivin uzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar fondunun yaradılması üçün müvafiq avadanlıqlar və proqram təminatları təchiz olunmuş, lokal kompüter şəbəkəsi yaradılmış və işçilər üçün  avtomatlaşdırılmış iş yerləri hazırlanıb.
 
Layihə çərçivəsində 880 000 səhifədən artıq hidrometeorologiya sənədlərinin elektron surətləri yaradılmış, bu surətlərin sənədlər haqqında müvafiq məlumatlarla birlikdə elektron arxiv bazasına daxil edilməsini, arxiv bazasında yadda saxlanmasını və sənədlərin rekvizitləri üzrə onların axtarılması və s. imkanları təmin edən proqram təminatı hazırlanmış və tətbiq olunmuş və nəticədə agentliyin hidrometeoroloji məlumatlar üzrə elektron arxivi yaradılıb.
 
 Bundan əlavə, “SİNAM” şirkəti tərəfindən müqavilə şərtlərinə uyğun olaraq agentliyin müvafiq işçilərinın həm arxiv proqramından, həm də bir neçə digər ixtisaslaşdırılmış proqram təminatlarından istifadə üçün hazırlanması proqramları həyata keçirilib.
 
RƏVAN
 
 



Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024