12px13px15px17px
Tarix:27/01/15

“NASA” Beynəlxalq Kosmik Stansiyaya astronavtlar göndərəcək

ABŞ-ın "Boeing" və "SpaceX" şirkətləri 2017-ci ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) astronavtlar göndərməyə başlamaq niyyətindədir. Hyustonda mətbuat konfransında şirkət nümayəndələrinin bildirdiyinə görə, orbital kompleksə bir insanın çatdırılması ABŞ hökumətinə 58 milyon dollara başa gələcək.
 
Hazırda BKS-ya beynəlxalq ekipajlar yalnız Rusiyanın "Soyuz" raketdaşıyıcıları ilə uçur. ABŞ Kosmik Agentliyinin (NASA) direktoru Çarlz Boldenin sözlərinə görə, "NASA" Rusiya tərəfinin bir astronavtı orbital kompleksə çatdırması üçün 71 milyon dollar ödəyir.
 
"SpaceX" prezidenti Quinn Şortuell də deyib ki, şirkət tərəfindən "Boeing" ilə birlikdə hazırlanan pilotlu gəmilər BKS-ya bir dəfəyə dörd astronavt, eləcə də xeyli faydalı yük çatdıra biləcək. Onun sözlərinə görə, "Soyuz" raketdaşıyıcılarında BKS-ya yalnız üç nəfər, o cümlədən pilot uçur. Gələcəkdə "SpaceX" və "Boeing" stansiyaya bir dəfəyə beş astronavt göndərməyi düşünür.
 
Şirkətlər iki pilotlu nəqliyyat gəmisi hazırlamağa hazırlaşır. Onlardan birində nasazlıq yarandıqda, MKS-ya uçuşları digəri yerinə yetirə biləcək. Gəmilərdən hər birinin altıyadək uçuş həyata keçirməsi planlaşdırılır.
 
Q.Şortuell qeyd edib ki, aparatların ilk pilotlu uçuşlarının 2016-cı ildə baş tutacağı gözlənilir, - "TASS" yazır.



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024