12px13px15px17px
Tarix:05/09/11

İki təsviri eyni zamanda əks etdirən monitor

“NEC Display Solutions” şirkəti 1920×1200 nöqtə kəskinlikli “İPS” matrislə təchiz edilmiş “MultiSync P241W” professional monitoru təqdim edib.

Ekranın diaqonalı 24 düymdür. Parlaqlıq 360 kd/m², ziddiyyət isə 1 000:1-ə bərabərdir. Reaksiya müddəti 8 ms təşkil edir; üfüqi və şaquli üzrə görünüş bucağı 178 dərəcəyə çatır.

Siqnal mənbələrinin qoşulması üçün 2 “DVİ-D” portu, 1 “DisplayPort” konnektoru və 1 “D-Sub” interfeysi nəzərdə tutulub; 5 USB xab var.

Monitor “AmbiBright” işıqlanma dərəcəsi tənzimləyicisi ilə təchiz olunub, “ECO Mode” qənaətli iş rejimi nəzərdə tutulub. 2 təsvirin eyni zamanda əks edilməsi üçün “Picture in Picture” və “Picture by Picture” funksiyaları dəstəklənir. “MultiSync P241W” monitoru sentyabr ayının sonuna kimi satışa çıxarılacaq; onun təxmini qiyməti 750 dollardır.



Baxış sayı: 1652

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024