12px13px15px17px
Tarix:27/01/15

Azərbaycan internet məkanında yeni onlayn domen qeydiyyatı servisi təqdim edilib

Azərbaycan internet məkanında domen və hostinq satışı xidmətləri üzrə yeni onlayn servis təqdim edilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Smarthost” adlanan bu servis “www.smarthost.az”  internet ünvanında yerləşir.
 
 Layihənin müəllifləri domen və hostinq satışı xidmətlərinin asanlaşdırılması üçün yeni mexanizmin yaradılması üzərində böyük iş görüblər və nəticə olaraq hazırda  qeyd edilən saytda istifadəçilər bütün qeydiyyat və alış-veriş prosedurlarını onlayn rejimdə və daha sürətlə həyata keçirirlər.
 
Məlumatların təhlükəsizliyi yüksək etibarlılığa malik olan şəxsi serverlər vasitəsi ilə təmin edilir. Layihə “*.AZ” domen zonasının rəsmi qeydiyyatçısı “İntrans” şirkəti tərəfindən akkreditə olunub.
 
Aynur Vəliyeva



Baxış sayı: 812

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024