12px13px15px17px
Tarix:27/01/15

“Samsung” şirkəti insult haqda əvvəlcədən məlumat verən cihaz hazırlayıb

Cənubi Koreya şirkətinin son həllərindən biri insult xəstəliyi haqda əvvəlcədən xəbər verən yığcam skaner olub.

“Early Detection Sensor and Algorithm Package” (EDSAP) adlanan qurğunun iş mahiyyəti beynin elektrik impulslarını “oxumaq” və onları smartfon və ya planşetə ötürməkdir. Bundan sonra xüsusi tətbiqin köməyi ilə beynin elektrik impulsları emal edilir.

"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, bu skaner yaxınlaşan insult haqda insanı xəbərdar edəcək ki, o, vaxtında həkimə müraciət edə bilsin. Həkim mobil tətbiqin nəticəsinə uyğun olaraq müalicə təyin edəcək. Xəstənin beyninin analizi üçün cihaza 60 saniyə kifayətdir.
Qurğunun daha bir üstünlüyü var. Cihazı uzun müddət istifadə etdikdə  xəstənin nevroloji vəziyyəti haqqında ətraflı təsəvvür tərtib etmək olar.

Emil Hüseynov




Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024