12px13px15px17px
Tarix:27/01/15

“LG Ice Cream Smart” smartfonu nümayiş etdirilib

"LG Electronics" korporasiyası qatlanan formada "Ice Cream Smart" yeni smartfon təqdim edib.
Qurğu 1.2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 400" prosessoru və 480x320 təsvir ölçülü 3,5 düymlük ekranla təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, əsas kamera 8 meqapiksellik təsvir ötürücüsü, ön kamera isə 0,3 meqapiksellik fotomodulla təchiz edilib. Əməli yaddaşın həcmi və daxili yaddaş müvafiq olaraq 1 və 8 QB təşkil edir.

Telefon "Bluetooth 4.0", "Wi-Fi" və "LTE" simsiz kommunikasiya rabitəsini dəstəkləyir, həmçinin "DMB-TV" televiziya qəbuledicisinə malikdir.

Qurğunun ölçüləri 118,6×59,4×16,9 mm, çəkisi 138 qr-dır. Akkumulyator batareyasının tutumu 1700 milliamper/saatdır. Aparata "Android 4.4 KitKat" əməliyyat sistemi quraşdırılıb.

"LG Ice Cream Smart" smartfonu iki rəngdə (çəhrayı və mavi) əlçatan olacaq. Qiyməti təxminən 280 dollar olacaq.

Emil Hüseynov
 



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024