12px13px15px17px
Tarix:28/01/15

“Google” “Flash” texnologiyasından imtina etdi

"YouTube"un texniki işlər üzrə rəhbəri Riçard Leyder deyib ki, "YouTube" "Flash" texnologiyasından tamamilə imtina edib. Artıq videoların göstərilməsi üçün "HTML5" texnologiyasından istifadə ediləcək.
 
"Google" 5 il bundan əvvəl "YouTube" videohostinqində "Flash" ilə yanaşı, "HTML5" dəstəyini daxil edib. İndiyədək istifadəçi videonu məhz "HTML5" formatında izləmək istədikdə "YouTube.com/HTML5" istinadına keçməli idi.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "Flash" texnologiyası "Macromedia" şirkəti tərəfindən hazırlanıb və 2005-ci ildə bu şirkət "Adobe Systems" ("Photoshop" və başqa məşhur qrafik proqramların istehsalçısı) korporasiyası tərəfindən satın alınıb.
 
Son illərdə "Microsoft" və "Google" daxil olmaqla, şirkətlərin əksəriyyəti öz məhsullarında "Flash" texnologiyasından imtinaya başlayıblar. 2010-cu ildə "Apple"ın keçmiş rəhbəri Stiv Cobsun dərc edilmiş açıq məktubu belə qərar verilməsinə təkan kimi qiymətləndirilir. Məktubda Cobs izah edir ki, şirkət "Flash" texnologiyasını "iOS" mobil platformasına ona görə əlavə etmir ki, zəif işləyir, çox enerji sərf edir və xeyli boşluğa malikdir.
 
"HTML5" dili bu çatışmazlıqlardan məhrumdur, hər şeydən əvvəl, çünki xeyli şirkət tərəfindən ("Apple" və "Google" daxil olmaqla) birgə hazırlanan açıq texnologiyadır. "HTML5" spesifikasiyası üzərində iş 2014-cü ilin oktyabrında bitib.
 
Emil Hüseynov

 
 



Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024