12px13px15px17px
Tarix:28/01/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “COIA-2015” beynəlxalq konfransı keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə 27-29 avqust 2015-ci il tarixində Bakı şəhərində COIA-2015 - "İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" mövzusunda 5-ci Beynəlxalq konfrans (The 5th International Conference on Control and Optimization with Industrial Applications) keçiriləcək.
 
Konfrans Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təşkil olunacaq.
 
Beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirəsi nəzərdə tutulur. Konfransın mövzularına "Nəzarət və optimallaşdırma", "Qlobal optimallaşdırma", "Forma optimallaşdırma",  "İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları", "İntellektual və qeyri-səlis nəzarət", "Optimal nəzarətin ədədi üsulları", "Tətbiqi proqramlar", "Şəbəkə və telekommunikasiya sistemləri", "Neft sənayesi", "İqtisadiyyat", "Riyazi modelləşdirmə" kimi istiqamətlər daxildir. Konfransda iştirakla bağlı qeydiyyat və tezislərin qəbulu üçün son müddət 15.06.2015 tarixi müəyyənləşdirilib. 
 
 
Qeyd edək ki, "İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" mövzusunda ilk konfrans 2005-ci ildə Bakıda təşkil edilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1095

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024