12px13px15px17px
Tarix:29/01/15

“Facebook”un xalis mənfəəti artıb

2014-cü ilin son rübünün nəticəsinə görə, "Facebook" sosial şəbəkəsinin xalis mənfəəti 701 milyon dollar təşkil edib ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu, 34 faizlik artım deməkdir.
 
2014-cü ildə "Facebook"un xalis mənfəəti təxminən 2 dəfə artaraq 2,9 milyard dollar olub.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, ötən ilin son rübündə şirkətin gəliri 49 faiz artaraq 3,85 milyard dollar təşkil edib. 2014-cü ilin nəticəsinə görə, 12,47 milyard gəlir qazanıb ki, bu da 2013-cü illə müqayisədə 58 faiz çoxdur.
 
Rüblük gəlirin çox hissəsi reklam gəlirlərinin payına düşür. Bu seqmentdə qazanılan gəlirin həcmi 3,59 milyard olub. Bu halda şirkətdən bildirilib ki, reklam gəlirinin 69 faizi mobil reklamın payına düşür.
 
"Facebook" 212 milyard dollar kapitallaşmaya (NASDAQ) malik dünyada ən böyük sosial şəbəkədir. Şirkət 2004-cü ildə Mark Zukerberq tərəfindən təsis edilib.
 
Emil Hüseynov



Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024