12px13px15px17px
Tarix:29/01/15

Çin hökuməti internet şirkətini qeyri-qanuni biznesi dəstəkləməkdə ittiham edib

Çin hökuməti “Alibaba” şirkətini öz kommersiya internet mağazalarında qanunsuz biznes sövdələşmələrinin qarşısını ala bilməməkdə ittiham edib. Bu barədə “Reuters” agentliyi məlumat verib.  
 
Belə ki, Çin Sənaye və Kommersiya Nazirliyi bəyan edib ki, "Alibaba”ya məxsus internet mağazalarında satılan malların əksəriyyəti əqli mülkiyyət hüquqlarını pozur, standartlara uyğun deyil, saxtadır, satışı qadağandır və ya ictimai təhlükəsizlik üçün təhlükəlidir.
 
“Alibaba” uzun müddət öz platformalarında qanunsuz biznes fəaliyyətinə lazımınca diqqət yetirməyib”, - nazirliyin məlumatında deyilir. 
 
Nazirlik nümayəndələri qeyd ediblər ki, bəyanat 2014-cü ilin iyulunda hazır olsa da, onun dərc edilməsi şirkətin səhmlərinin ilkin yerləşdirilməsinə (IPO) təsir göstərməməsi üçün yubadılıb. “Alibaba” ötən ilin sentyabrında Nyu-York birjasında “IPO” keçirərək rekord 25 milyard dollar cəlb etməyə nail olub.
 
İnternet şirkətin təmsilçiləri nazirliyin bəyanatına hələ ki münasibət bildirməyiblər.
 
Qeyd edək ki, dünyanın elektron ticarət sahəsinin nəhəng şirkəti "AliExpress” və “Taobao” internet mağazalarının sahibidir, - "Lenta” yazır. 



Baxış sayı: 600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024