12px13px15px17px
Tarix:30/01/15

Azərbaycanda "Elektron ipoteka portalı" istifadəyə verilir

Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu  fevralın 2-dən etibarən "Elektron İpoteka Sistemi"nin  davamı olan "Elektron ipoteka portalı"nı real vaxt rejimində əhalinin tam istifadəsinə verəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bundan   sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs  birbaşa olaraq   internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə  “http://www.e-ipoteka.az”  daxil  olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir.
 
Eyni zamanda ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs  müvəkkil kredit təşkilatlarının  ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq  müraciətini  təsdiqləməlidir.
 
İpoteka kreditləri üzrə müraciətlərin real vaxt rejimində (onlayn), aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə  geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına və eləcə də  Fondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcək.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1353

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024