12px13px15px17px
Tarix:31/01/15

Bakı Metropoliteni maliyyə mühasibat sistemini avtomatlaşdırıb

"ULTRA Tecnologies" şirkəti Bakı Metropolitenində maliyyə mühasibat sistemini 1C 83. əsasında avtomatlaşdırıb.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əssən, istifadə edilən 1C 8.3 mühasibat proqramı əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və azqiymətli əşyaların  uçotunu aparmağa, statistik və digər hesabatlar hazırlamağa, müəssisə əməkdaşlarına əmək haqlarını hesablamağa və ödəməyə imkan verir.
 
Sistem vahid mərkəzdən metropolitenin əsas idarəsinin və 26 müəssisənin işini idarə etməyə imkan verəcək.
 
Şirkətin analitikləri bildiriblər ki, sistemin tətbiqi nəticəsində Bakı Metropoliteni uçot siyasətinin effektivliyinin optimallaşdırılması və formalaşdırılması kimi üstünlüklər əldə edir, beynəlxalq İFRS hesabatlarına keçid imkanı və s. imkanlar əldə edir.
 
Aynur Vəliyeva



Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024