12px13px15px17px
Tarix:31/01/15

2014-cü ildə “Android” smartfonlarının tədarükü 1 milyardı ötüb

“Strategy Analytics” şirkətinin mütəxəssisləri mobil platforma bazarı haqda tədqiqat təqdim ediblər.
 
Smartfonlar üçün əməliyyat sistemləri arasında “Android” platforması sözsüz liderdir: ötən ilin son rübünün nəticəsinə görə, bu platformanın bazar payı 76,7 faiz və illik göstəricisi 81,2 faiz təşkil edib. Analitiklərin qiymətləndirməsinə görə, ötən rüb “Android” platforması ilə işləyən 291,7 milyon aparat və 2014-cü ildə isə 1 milyarddan çox qurğu bazara tədarük edilib.
 
Beləliklə, “Android” ilk mobil platformadır ki, bu həddi ötüb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Android” üçün yeganə ciddi rəqib “iOS” platformasıdır: 2014-cü ildə “Apple” smartfonlarının tədarükü 192,7 milyona çatıb ki, bu o deməkdir  şirkətin əməliyyat sisteminin bazar payı 15 faiz təşkil edib.
 
Ekspertlər bildirir ki, yeni “iPhone 6” və “6 Plus” modellərinin çıxarılmasından sonra “Apple” şirkətində artım qeydə alınıb. Oktyabr-dekabrda “iOS” platformasının bazar payı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 19,6 faizə çatıb.
 
Reytinqin üçüncü pilləsini “Microsoft” tutur. Fərdi kompüter bazarından fərqli olaraq, smartfon seqmentində “Windows” platformasının nəticələri zəifdir. Ekspertlər “Windows Phone” əməliyyat sisteminin bazar payını 3 faiz səviyyəsində qiymətləndiriblər.
 
Emil Hüseynov



Baxış sayı: 734

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024