12px13px15px17px
Tarix:02/02/15

Britaniya “Facebook” və “Twitter” şəbəkələrində psixoloji müharibə aparmaq üçün ordu yaradacaq

Böyük Britaniya sosial şəbəkələrdə, o cümlədən "Facebook” və “Twitter” şəbəkələrində psixoloji müharibənin aparılmasında ixtisaslaşacaq hərbi bölmə yaratmağı planlaşdırır. Bu barədə "The Independent” nəşri məlumat verib.
 
Britaniya ordusunun general-mayoru Nik Karter bildirib ki, xüsusi bölmənin yaradılması ilə bağlı qərar informasiya əsrində mübarizə aparmaq zərurətindən qəbul edilib.
 
İki min nəfərdən ibarət olacaq ordu sosial mediada ən yeni texnologiyalardan istifadə etməklə psixoloji müharibənin aparılması kimi müasir biliklərə yiyələnəcək.
 
Bölmə 2015-ci ilin aprelində fəaliyyətə başlayacaq, - “Qazeta.ru” yazır.



Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024