12px13px15px17px
Tarix:02/02/15

Azərbaycan Mərkəzi Bankı İT təchizatını təkmilləşdirir

Azərbaycan Mərkəzi Bankı İT təchizatını təkmilləşdirmək məqsədi ilə yerli şirkətlərlə danışıqlar aparır.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bank internet şəbəkəsinə qoşulmasını təmin etmək məqsədilə danışıqlar aparır və yaxın zamanda artıq qalib şirkətlə müqavilə bağlamaq niyyətindədir.
 
Qeyd edək ki, son 10 ildə Azərbaycanda elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ÜDM-in 2 mislini təşkil edib. Plastik kartların sayı artıq 5.9 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 2.5 dəfə artıb. POS-terminalların sayı təkcə ötən il ərzində 2 dəfədən çox artıb. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir.
 
Aynur Vəliyeva 



Baxış sayı: 628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024