12px13px15px17px
Tarix:02/02/15

BƏƏ-nin ən məşhur qəzeti Azərbaycanın rabitə və informasiya-kommunikasiya texnologiyalarından yazıb

Azərbaycan Respublikasının Dubay Əmirliyindəki baş konsulu Pərviz İsmayılzadənin Birləşmiş Ərəb Əmirliyinin “Əl-Bəyan” qəzetində müsahibəsi dərc edilib.
 
Bu barədə “ICTnews.az”-a  Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, P.İsmayılzadə “Əl-Bəyan” qəzetinə müsahibəsində Azərbaycan ilə BƏƏ arasında bir çox sahələrə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarına toxunub. Baş konsul Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafının bariz nümunəsi kimi Dubay Ticarət və Sənaye Palatasının 2012-ci ildə Bakı şəhərində regional ofisinin açılmasına diqqət çəkib. Belə ki, bu ofis BƏƏ şirkətlərinin Orta Asiya və Qafqaz bazarında mövcudluğunu təmin edən və Dubay biznes dairələrinin perspektivli bazarlarda rəqabət qabiliyyətini artıran irəliyə doğru mühüm addım sayılır.
 
 
P.İsmayılzadə kommunikasiya və logistik dəstək, tikinti və yenidənqurma və infrastruktur, turizm, kənd təsərrüfatı və ərzaq sənayesi, maliyyə xidmətləri, rabitə və informasiya texnologiyaları sektorlarının ortaq investisiya üçün əlverişli 6 əsas sahə olduğunu qeyd edib.
 
P.İsmayılzadə Azərbaycanın zəngin təbii sərvətlərə malik olduğunu nəzərə alaraq, bir çox amillərə görə Azərbaycanın investisiya yatırmaları üçün BƏƏ şirkətləri üçün cəlbedici olduğunu vurğulayıb.
 
Azərbaycanın Avropanın cənub-şərq hissəsində strateji-coğrafi mövqedə yerləşdiyini qeyd edən P.İsmayılzadə ölkəmizin Avropa ilə Mərkəzi Asiya və Yaxın Şərq arasında körpü olduğunu və Bakı şəhərinin inkişaf etmiş infrastrukturu sayəsində isə Xəzər dənizi regionunda logistik mərkəz rolunu oynadığını nəzərə çatdırıb.
 
Baş konsul qeyri-neft sektorunun inkişafı, istehsal proseslərinin genişləndirilməsi, hökumətin elmi tədqiqat işlərini daim diqqət mərkəzində saxlaması və Azərbaycanda insan kapitalının artması barəsində məlumat verib.
 
Müsahibənin orijinal versiyasını bu linkdən əldə etmək mümkündür.
 
SEYMUR



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024