12px13px15px17px
Tarix:03/02/15

“Bakcell” abunəçiləri 2 gün pulsuz danışacaqlar

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti CİN abunəçilərinə pulsuz danışmaq imkanı qazandırır.
 
Pulsuz 2 gün kampaniyası çərçivəsində balansını bir dəfəyə minimum 5 AZN məbləğində və daha artıq artıran CİN abunəçiləri növbəti gündən etibarən iki gün ərzində (saat 00:00-dan 18:00-dək) şəbəkədaxili pulsuz danışa biləcəklər. 2 günlük pulsuz danışıq müddəti ayda bir dəfə təqdim olunur.
 
“Bakcell” abunəçiləri nömrələrinin balansını vahid ödəmə kartları ilə yanaşı, onlayn ödəmə, ATM, E Top-up xidməti, ödəmə köşkləri, bank filialları kimi alternativ ödəmə üsulları vasitəsilə artıra bilərlər.
 
Kampaniya haqqında əlavə məlumat almaq üçün 5070 nömrəsinə boş SMS (pulsuz) yollayın və yaxud bu linkdən istifadə edin:
 
RƏVAN



Baxış sayı: 584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024