12px13px15px17px
Tarix:03/02/15

“Raspberry Pi” yığcam kompüterinin yeni versiyası satışa çıxarılıb


Britaniyanın “Raspberry Pi Foundation” şirkəti populyar “Raspberry Pi” yığcam kompüterinin yeni modelini elan edib.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “Raspberry Pi 2 Model B” adlı qurğu 900 MHs takt tezliyində işləyən dördnüvəli “Broadcom” prosessoru (ARM Cortex-A7)  və 1 QB əməli yaddaşla təchiz edilib. Daxili “Broadcom VideoCore IV” qrafik sürətləndiricisi “OpenGL ES 2.0” texnologiyasını və “Full-HD” formatını dəstəkləyir. Beləliklə, “Raspberry Pi Model B+” ilə müqayisədə kompüterin məhsuldarlığı 6 dəfə artıb.
 
“Raspberry Pi 2 Model B” yığcam kompüteri 4 USB portu, “HDMI”, “Ethernet” konnektor, audioçıxış, həmçinin “microSD” formatlı yaddaş kartları üçün slota malikdir.
 
Əvvəlki model kimi “Raspberry Pi 2 Model B” qurğusunun satış qiyməti 35 dollardır, 100 min qurğudan ibarət birinci partiya artıq satışa çıxarılıb.
 
Emil Hüseynov




Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024