12px13px15px17px
Tarix:03/02/15

“Intel” şirkəti “Lantiq” çip istehsalçısını satın alır

“Intel” şirkəti internet qoşulma ilə təchiz edilmiş smartfonlarda istifadə edilən çiplərin istehsalını genişləndirmək məqsədi ilə Almaniyanın çip istehsalçısı olan “Lantiq” şirkətini almaq qərarına gəlib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin çip istehsalı bölməsi olan “Infenion” 2009-cu ildə 250 milyon avroya “Golden Gate Capital” şirkəti tərəfindən alınıb.  “Golden Gate” üzərindən sərmayə yatıran şirkətlər arasında “Deutsche Telekom”u da qeyd etmək olar.
 
Futbol toplarından başlayaraq, məişət və sənaye maşınlarınadək tətbiq edilən internet qoşulması, “Əşyaların interneti” və M2M, “Intel” ilə “Qualcomm” və digər şirkətlər arasında rəqabət üçün yeni meydana çevrilib.
 
Aynur Vəliyeva 
 
 
 



Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024