12px13px15px17px
Tarix:04/02/15

AMEA İnformasiya Texnologiyaları İnstitutu “Horizon 2020” üçün Elmi Tədqiqat İnfrastrukturları Konsorsiumu ilə əməkdaşlığa başlayacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) “Horizon 2020” proqramı çərçivəsində “RICH” (“Horizon 2020” üçün Elmi Tədqiqat İnfrastrukturları Konsorsiumu) layihəsi üzrə əməkdaşlığa başlayacaq.

Əməkdaşlıq İTİ ilə Avropa Elmi Tədqiqatların Təbliği Agentliyi (Agency for the Promotion of European Research - APRE) arasında imzalanmış anlaşma memorandumuna əsasən həyata keçiriləcək.
 
 İnstitutdan bildirilib ki, 29-30 yanvar tarixlərində İtaliyanın Roma şəhərində “Horizon 2020 üçün Elmi Tədqiqat İnfrastrukturları Konsorsiumu”nun ilk təqdimat xarakterli tədbiri keçirilib.
 
 Sözügedən memorandum da bu tədbirdə imzalanıb. “RICH” layihəsi çərçivəsində elmi tədqiqat infrastrukturlarının yaradılması və inkişafı üzrə fəaliyyət göstərən alimlərin əlaqələndirilməsi nəzərdə tutulur. “Horizon 2020” proqramı çərçivəsində ayrılan qrantlarla dünyanın bütün ölkələrindən alimlər birgə layihələr həyata keçirir.
 
Bu layihələrə müraciət, əməkdaşlıq əlaqələrinin qurulması, partnyorların tapılması və s. kimi məsələlərdə alimlərə dəstək verməsi üçün əksər ölkələrdə milli əlaqələndirici strukturlar yaradılıb. Azərbaycanda “Horizon 2020” üzrə koordinasiya işini AMEA Beynəlxalq Əlaqələr İdarəsi həyata keçirir.
 
 İTİ-dən o da bildirilib ki, tədqiqat infrastrukturları üzrə milli əlaqələndirici şəxs kimi iclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev iştirak edib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024