12px13px15px17px
Tarix:04/02/15

“Bakcell” virtual futbol çempionatına start verir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti özünün “Futbol Bakcell ilə” layihəsi çərçivəsində yeni bir fəaliyyətə start verir. 
 
2015-ci ilin fevral-aprel aylarında keçiriləcək “Bakcell” Virtual Futbol Çempionatında paytaxt və bölgələrdə yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər.
 
Virtual Futbol Çempionatı (PES) müvafiq oyun cihazları vasitəsilə keçirilən virtual futbol turniridir.
 
Turnir Bakıda (20-23 fevral), Sumqayıtda (28 fevral-1 mart), Zaqatalada (7-8 mart), Qəbələdə (14-15 mart), Şəkidə (21-22 mart), Lənkəranda (28-29 mart), Mingəçevirdə (4-5 aprel), Gəncədə (11-12 aprel) baş tutacaq.
 
Respublikanın müxtəlif bölgələrində keçiriləcək çempionatın regionlar üzrə qalibləri arasında final oyunları isə aprelin 26-da Bakı şəhərində təşkil olunacaq.
 
Turnir haqqında iştirakçılara ətraflı məlumat vermək üçün tədbirin təşkilati komandası adiçəkilən bölgələrə səfər edərək burada promo-kampaniyalar keçiriləcək. Bundan başqa, hər bir regionda iştirakçıların qeydiyyatı üçün stend quraşdırılacaq.
 
Dərs prosesinə mane olmamaq üçün turnirlər şənbə və bazar günləri şəhərlərin mərkəzlərində  yerləşən orta məktəblərdə və ya idman komplekslərində baş tutacaq.
 
Turnir haqqında əlavə məlumat əldə etmək üçün:http://http://pes2015.bakcell.com/az/



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024