12px13px15px17px
Tarix:04/02/15

Azərbaycanda tələbələr ilk dəfə olaraq onlayn sınaq imtahanı verəcəklər

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri test imtahanlarına hazırlaşarkən sınaq imtahanı verə biləcəklər.

“Özünü sına” onlayn sınaq imtahanı portalı ölkə universitetləri arasında ilk dəfə ADİU-da tətbiq olunur. Bunun üçün istifadəçilər “sinaqimtahani.net” saytında qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanının nəticələri istifadəçinin şəxsi kabinetində saxlanılır. Portal bütün müasir platformalarda dəstəklənir.
 
Layihə tələbələrin imtahanlara psixoloji hazırlanmasına da kömək edəcək. Universitetdən bildirilib ki, tələbə, magistr və dinləyicilər üçün nəzərdə tutulan saytda ADİU-da Azərbaycan, rus və ingilis dilində tədris edilən bütün fənlər (340-dan artıq) üzrə test bazası yerləşdirilib.
 
Gələcəkdə isə buraya Azərbaycan mövzusunda imtahan proqramları, həmçinin xarici dil biliklərinin artırılmasına xidmət edən xüsusi proqramlar yüklənməsi nəzərdə tutulub.
 
Qısa müddət ərzində portalda 14 mindən çox istifadəçi qeydiyyatdan keçib. Sınaq imtahanında 300 min dəfədən artıq iştirak qeydiyyata alınıb. “Özünü sına” – ADİU-nun İnformatika və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 940

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024