12px13px15px17px
Tarix:04/02/15

Çində internet istifadəçiləri üzərində nəzarət gücləndiriləcək

Çində internet şəbəkəsində istifadəçilər və informasiya üzərində nəzarət sərtləşdirilir. Bu barədə Çin Dövlət İnternet-İnformasiya İşləri üzrə Dəftərxanasının açıqladığı sənəddə deyilir.
 
Yeni tənzimləmə qaydalarına əsasən, bütün istifadəçilər mikrobloq, messencer və forumlarda öz həqiqi adlarını göstərməklə yeni hesablar açmalıdırlar.
 
Bundan başqa, internetdə Çin qanunvericiliyini pozan, milli təhlükəsizliyə və suverenitetə təhlükə törədən, dövlət hakimiyyətini pisləyən məlumatların yerləşdirilməsi qadağan olunur. Həmçinin şayiələrin, pornoqrafiyanın, ekstremizmin, sekta çağırışlarının, təhqir və böhtanların yayılması ilə məşğul olan istifadəçilərin məlumatları məcburi qaydada ləğv ediləcək.
 
Qaydalar 2015-ci il martın 1-dən qüvvəyə minəcək.
 
Hazırda Çinin internet sektorunda məşhur insanların və təşkilatların saxta hesablarının bağlanılması üzrə kütləvi kampaniya gedir. Fevralın 2-də Dövlət İnternet-İnformasiya İşləri üzrə Dəftərxana Pekində yerli internet portallarının (Sina, Sohu, Baidu, Hexun) nümayəndələri ilə iclas keçirərək onlara və digər şirkətlərə qanun pozuntularına yol verməmək barədə xəbərdarlıq edib, - “TASS” yazır. 



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024