12px13px15px17px
Tarix:04/02/15

11 il əvvəl “Facebook” sosial şəbəkəsi istifadəyə verilib

2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Sukerberq "The Facebook" adlı sosial şəbəkəni istifadəyə verib.

İlk vaxtlar yalnız Harvard Universitetinin tələbələri sosial şəbəkədə qeydiyyatdan keçə bilərdilər, həmin ilin martından etibarən Stenford, Yelsk və Kolumbiya universitetlərinin tələbələri üçün də əlçatan olub.
2005-ci ildə şirkət "facebook.com" domen adını 200 min dollara satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçilərinə əlçatan olub. 4 il sonra şirkətin kapitallaşması 41 milyard dollar məbləğində qiymətləndirilib.

2012-ci ilin mayında "Facebook" texnologiya sənayesi tarixində ən böyük "IPO"-nu keçirdi və 16 milyard dollardan çox vəsait cəlb edə bilib.

Hazırda dünyada 3 milyard insan internetdən istifadə edir ki, onun da 1,35 milyardı "Facebook"a daxil olur.
Emil Hüseynov



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024