12px13px15px17px
Tarix:04/02/15

Çin şirkəti dünyanın ən nazik smartfonunu təqdim edib

Çinin "Coolpad" şirkəti "Ivvi K1 Mini" smartfonunu təqdim edib. Qurğunun qalınlığı yalnız 4,7 mm təşkil edir ki, bu da qurğuya dünyanın ən nazik smartfonu adına iddia etməyə imkan verir.

"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, "Coolpad Ivvi K1 Mini" smartfonu 1280x720 piksel təsvir ölçülü 4,7 düymlük ekran, 1,2 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik bitlik "Qualcomm Snapdragon 410" prosessoru, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz olunub. Smartfon "LTE" şəbəkəsində işləyə bilir, həmçinin bu qurğu vasitəsilə məişət texnikasını uzaq məsafədən idarə etmək olar.

Smartfonun əsas kamerasının təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Smartfonun daxili batareyasının həcmi 1800 milliamper/saat təşkil edir. Aparatın arxa səthi xüsusi materialla örtülüb və barmaq izi qalmır.

"Coolpad Ivvi K1 Mini" qurğusunun satış qiyməti təxminən 207 ABŞ dolları təşkil edəcək.

Emil Hüseynov
 



Baxış sayı: 886

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024